-
01Səhər
Kassir növbəni açır
Öz PIN-i ilə daxil olur. Açılış məbləğini yığmır: proqram onu dünənki sayımdan götürür, kassir yalnız təsdiqləyir.
Qutuda başqa məbləğ varsa, dəyişmək üçün menecerin PIN-i lazımdır.

-
02Gün ərzində
Satış, nisyə, qaytarma
Barkodu skanerlə oxudursunuz — mal çekə düşür. Barkodsuz mallar sürətli düymələrdədir. Tərəzi etiketindəki çəki barkoddan oxunur.
Ödəniş nağd, kart, QR, nisyə və ya qarışıq. Alıcı nəyisə unudub? Çeki təxirə salın, növbəti alıcıya keçin. Qaytarma çek üzrə olur: tam və ya qismən, səbəbi ilə.

-
03Axşam
Sayım və Z-hesabat
Kassir nağd pulu sayıb yazır. Proqram gözlənilən məbləği və fərqi göstərir.
Fərq varsa, səbəb yazılmadan növbə bağlanmır. Yarımçıq çek qalıbsa, proqram əvvəlcə onu tamamlamağı istəyir.

-
0421:00
Telefonunuza bir mesaj gəlir
Günün satışı, xərclər, mənfəət, kassadakı nağd, ən çox satılan mal və bitməyə yaxın mallar. Mağazaya zəng etməyə ehtiyac qalmır.
Kassada fərq, böyük endirim və ya çek ləğvi olanda ayrıca xəbərdarlıq gəlir: kim, nə vaxt, nə qədər, hansı səbəblə.
moos
📊 Günəş market — 2026-11-09 ━━━━━━━━━━━━━ 💰 Dövriyyə: 1284.50 AZN 🧾 Xərclər: 120.00 AZN ✅ Xalis mənfəət: 236.40 AZN 💵 Nağd (bu gün): 742.10 AZN 🏆 Ən çox satılan: Çörək ağ (164) ⚠️ Az qalıb: 7 məhsul 🟢 Maliyyə sağlamlığı: 78/100
21:00
Proqramın gün sonu mesajı olduğu kimi. Rəqəmlər nümunədir.
Windows üçün satış proqramı
Mağaza, aptek və kafe üçün kassa və anbar proqramı
Barkodu oxudursunuz, çek vurulur, qalıq özü azalır. Axşam kassir pulu sayır, proqram Z-hesabat çıxarır, sizə Telegram-a qısa xülasə gəlir. Məlumat sizin kompüterinizdə saxlanılır.
moos
📊 Günəş market 💰 Dövriyyə: 1284.50 AZN ✅ Xalis mənfəət: 236.40 AZN
21:00
- Barkod skaneri
- Tərəzi barkodu
- Nisyə dəftəri
- Bonus kartı
- Z-hesabat
- Telegram xülasəsi
- Çoxkassa
- Fiskal kassa
- Excel və 1C-dən idxal
- Etiket çapı
- Audit jurnalı
- Əmək haqqı
- Partiya və son istifadə tarixi
- Mətbəx ekranı
14gün
pulsuz sınaq, bütün imkanlarla
10kassa
bir bazada eyni qalıq və qiymətlə
5rol
hər işçi yalnız öz işini görür
3dil
interfeys: Azərbaycan, rus, ingilis
Bir gün moos ilə
Səhər növbə açılır, axşam telefonunuza hesabat gəlir
Dörd konfiqurasiya
Nə satırsınızsa, ona uyğun qurulur
İlk açılışda sahənizə uyğun modul faylını yükləyirsiniz. Lazımi bölmələr açılır, lazımsızlar görünmür. Lisenziya seçdiyiniz konfiqurasiyaya bağlıdır.
-
Mağaza
Market, ərzaq, məişət malları. Kassa, anbar, nisyə, bonus, hesabatlar.
Ətraflı -
Aptek
Partiya və son istifadə tarixi məcburidir. Satışda əvvəl tarixi yaxın olan partiya çıxır.
Ətraflı -
Restoran / Kafe
Masalar, mətbəx ekranı, reseptlər və modifikatorlar.
Ətraflı -
İnşaat mağazası
Çox çeşid, ölçü vahidləri, bir neçə qiymət növü, ustalara nisyə.
Ətraflı
Proqramın üç qaydası
Data itməsin, donmasın, kassir asan işlətsin.
-
Data itməsin
Hər çek bir əməliyyatda yazılır: ya tam yazılır, ya heç yazılmır. Yarım çek olmur.
Baza elə rejimdə işləyir ki, elektrik kəsiləndə korlanmır. Hər gün avtomatik ehtiyat nüsxə çıxır, son 14-ü saxlanılır.
-
Donmasın
Printer qoşulmayıbsa, proqram çökmür: çek ekranda göstərilir, sonra təkrar çap olunur.
Lisenziya yoxlaması arxa planda gedir və satışın ortasında heç vaxt dayandırmır. Telegram mesajı göndərilə bilmirsə, növbəyə düşür — satış gözləmir.
-
Kassir asan işlətsin
Böyük düymələr, sürətli düymələr, klaviatura qısayolları. Hər işçinin öz PIN-i var, əməliyyat onun adına yazılır.
Kassir yalnız kassanı, anbardar yalnız anbarı görür. Artıq düymə yoxdur, səhv yerə basmaq çətindir.
Real pəncərə
Printer söndü? Satış davam edir
Bu, proqramın real pəncərəsidir. Printer cavab vermədikdə satış yenə yazılır, qalıq azalır, çek ekranda görünür. Printer qayıdanda «Son çeklər»dən təkrar çap edirsiniz.
Fiskal kassa (Omnitech OmniCashier) da eyni qaydada işləyir: çek növbəyə düşür, kassa cavab verməsə satış dayanmır, sonra göndərilir. İkiqat çek olmur.
Sahib üçün
Mağazada olmasanız da, nə baş verdiyini bilirsiniz
Kassir səhv etsə və ya pul əskik çıxsa, bunu ertəsi gün yox, elə həmin axşam görürsünüz.
- Telegram bildirişləriGün sonu xülasəsi, az qalan mallar və anomaliyalar: kim, nə vaxt, məbləğ, səbəb. İnternet yoxdursa, mesaj gözləyir və sonra gedir.
- Audit jurnalıQiymət dəyişikliyi, silinmə, qaytarma, kassanın satışsız açılması — hamısı kimin adına və nə vaxt edildiyi ilə yazılır. Jurnalı silmək olmur.
- Məcburi səbəbBöyük endirim, çekin ləğvi, qaytarma və kassa fərqi səbəb yazılmadan keçmir.
- Beş rolSistem administratoru, administrator, direktor, anbardar, kassir. Hər rol yalnız öz işini görür.
İşçilər və əmək haqqı
Əmək haqqı Azərbaycan qanunvericiliyinə görə hesablanır
Gəlir vergisi, DSMF, məzuniyyət və xəstəlik vərəqəsi proqramın içində hesablanır. Rüblük bəyannamə üçün Excel faylı və büdcəyə ödəniş tapşırıqları buradan çıxır.
İşçinin kartı, iş qrafiki və iş vaxtının uçotu da eyni yerdədir — ayrıca proqram və ya cədvəl lazım deyil.
Çoxkassa
İki kassa, üç kassa — bir baza
1-dən 10-a qədər kassa eyni məlumatla işləyir: qalıq, qiymət, müştəri borcu hər kassada eynidir.
- Bir kompüter server olur. Adətən əsas kassa. O həm server, həm də kassa kimi işləyir.
- Digər kassalar serveri özü tapır. «Şəbəkədə axtar» basırsınız, siyahıdan seçirsiniz. Ünvanı əl ilə də yazmaq olar.
- Mağaza tokeni bir dəfə yazılır. Tokensiz cihaz qoşula bilmir — Wi-Fi-a girən kənar telefon və ya noutbuk bazanı görmür.
- Hər kassanın öz növbəsi və çek seriyası var. Gün sonu hesabat bütün kassalar üzrə birləşir.
Bir kassanız varsa, server lazım deyil: quraşdırmada «Tək kassa» seçirsiniz.
Köçürmə
Excel, CSV və 1C-dən məhsul siyahısı bir dəfəyə yüklənir
Faylı seçirsiniz, sütunları uyğunlaşdırırsınız. Barkodu eyni olan mal ikinci dəfə yaranmır, mövcud kart yenilənir. Faylda olmayan sütunlar dəyişmir.
Sonra bir neçə malı seçib kateqoriyanı, ƏDV-ni və ya statusu birdən dəyişə bilərsiniz.
Lisenziya və etibar
«Pulumu verdim, sonra proqram bağlansa, datam nə olur?»
Datanız heç vaxt girov götürülmür. Lisenziya bitsə belə, satışlara, mallara, borclara baxmaq və hamısını Excel-ə çıxarmaq açıq qalır. Bağlanan yalnız yeni satışdır.
- Sınaq
- 14 gün pulsuz, bütün imkanlarla. Dərhal işləyir, qeydiyyat tələb etmir.
- Lisenziya
- Aylıq və ya illik. Aktivasiya kodu ilə, kompüterə bağlıdır.
- İnternet kəsilsə
- Proqram dayanmır. Lisenziya yoxlaması offline möhlət müddətində gözləyir.
- Müddət bitsə
- Yeni satış bağlanır. Məlumata baxış və ixrac açıq qalır.
- Ehtiyat nüsxə
- Hər gün avtomatik, son 14-ü saxlanılır, bir kliklə bərpa. İstəsəniz şifrli bulud nüsxəsi; söndürülübsə heç nə göndərilmir.
Suallar
Tez-tez verilən suallar
Cavabını tapmadınız? Sağ aşağıdakı düymə ilə dəstəyə yazın.
İnternet kəsilsə nə olur?
İnternet kəsiləndə heç nə dəyişmir. Çek vurulur, qalıq yenilənir, hesabat açılır.
İnternet yalnız lisenziya yoxlaması, Telegram bildirişləri və (yandırmısınızsa) bulud nüsxəsi üçündür. Telegram mesajları növbəyə yığılır, internet qayıdanda göndərilir.
Kassir səhv etsə və ya pul əskik çıxsa, görəcəyəmmi?
Bəli. Növbə bağlananda proqram gözlənilən nağdı göstərir; fərq varsa, səbəb yazılmadan növbə bağlanmır. Böyük endirim, çek ləğvi və qaytarma da səbəbsiz keçmir.
Hamısı audit jurnalına kimin adına, nə vaxt və hansı məbləğlə yazılır. Kassanın satışsız açılması da jurnala düşür. Anomaliyalar Telegram ilə sizə gəlir.
Köhnə məhsul siyahımı köçürə bilərəmmi?
Bəli. Excel (.xlsx), CSV və 1C-dən çıxarılmış cədvəl yüklənir. Sütunları uyğunlaşdırırsınız. Barkodu eyni olan mal təkrarlanmır, mövcud kart yenilənir.
İki kassam var. Necə işləyir?
Bir kompüter server olur (həm də kassa kimi işləyir), ikinci kassa eyni şəbəkədə onu özü tapır. Mağaza tokenini bir dəfə yazırsınız. Qalıq və qiymətlər hər iki kassada eynidir, hər kassanın öz növbəsi var, gün sonu hesabat birdir. 10 kassaya qədər.
Server kompüteri açıq olmalıdır ki, digər kassalar işləsin.
Pulumu verib proqram bağlansa, datam nə olur?
Lisenziya müddəti bitəndə yalnız yeni satış bağlanır. Məlumata baxmaq və ixrac etmək açıq qalır. Baza sizin kompüterinizdədir, hər gün ehtiyat nüsxəsi çıxır.
Hansı avadanlıq lazımdır?
Windows 10 və ya 11 (64-bit) kompüter. Çek üçün ESC/POS termal printer, barkod skaneri. Pul qutusu çek printerinə qoşulur. Qiymət etiketləri TSPL/ZPL etiket printerində və ya adi printerdə A4 stikerə çap olunur.
Tərəzi çəki barkodlu etiket çap edirsə, kassa çəkini barkoddan oxuyur. İkinci monitor varsa, alıcıya səbət, cəm və qalıq göstərilir.
Kompüter xarab olsa, məlumat itəcəkmi?
Gündəlik nüsxə eyni kompüterdə saxlanılır — disk xarab olsa, o da gedər. Ona görə şifrli bulud nüsxəsini yandırın və ya nüsxəni vaxtaşırı fləşə köçürün. Bərpa bir kliklə olur.
Fiskal kassa ilə işləyirmi?
Hazırda Omnitech OmniCashier ilə işləyir. Çek növbəyə düşür, fiskal kassa cavab verməsə satış dayanmır, çek sonra göndərilir. Eyni çek iki dəfə getmir.
Proqram hansı dildədir?
İnterfeys Azərbaycan, rus və ingilis dilindədir. Açıq və tünd tema var.
Sınaq üçün qeydiyyat lazımdır?
Xeyr. Proqramı yükləyib qurursunuz, 14 günlük sınaq dərhal başlayır. Lisenziya almaq istəyəndə bizimlə əlaqə saxlayın.
Öz mağazanızda sınayın
14 gün pulsuz, bütün imkanlarla. Qeydiyyat yoxdur. Tək kassa üçün bir quraşdırıcı və bir modul faylı kifayətdir.